ABŞ-ın məşhur silah şirkəti çökdü

  • By admin
  • 26 Mart 2018 19:10


Amerikanın ən böyük silah şirkətlərindən biri olan “Reminqton” özünü müflis elan edib.

Gununsesi.info xəbər verir ki, bu barədə informasiyanı CNBC televiziyası yayıb.

Şirkət özünü müflis elan etmək haqqında sənədləri Delaver ştatının məhkəməsinə təqdim edib. Müflis elan edilməyə əsas səbəb kimi maliyyə çətinlikləri göstərilib. Belə ki, 2017-ci il ərzində şirkətin satış həcmi 2016-cı illə müqayisədə 30% və ya 600 milyon dollar azalıb.

Qeyd edək ki, “Reminqton” 1816-cı ildən fəaliyyət göstərir. Onun silahlarından XIX-XX əsrlərdə baş tutan müxtəlif konfliktlərdə geniş istifadə edilib.

 

Gununsesi.info