ABŞ-ın Maliyyə naziri aktrisa ilə evləndi - FOTOLAR

  • By admin
  • 26 İyun 2017 11:34

4757868787_387575654

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın maliyyə naziri, 54 yaşlı Stiven Mnuçin şotlandiyalı aktrisa, 36 yaşlı Luiza Lintonla evlənib.

Vaşinqtondakı Andrew W. Mellon Auditorium-da keçirilmiş nikah və toy mərasimində ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp, həmçinin, nazirlər, siyasətçilər, senatorlar və konqresmenlər iştirak ediblər.

Gəlinin əynindəki geyim “Gilles Mendel” brendindən, tuflilər isə “Manolo Blahnik”dan idi.

Toya D.Trampın qızı İvanka və onun əri Cared Kuşner, vitse-prezident Mayk Pens də qatılmışdılar.

Nikah mərasiminin olduğu zal 1921-1932-ci illərdə Birləşmiş Ştatların maliyyə naziri olmuş Endryu Mellonun adını daşıyır. Bu bina “Federal üçbucaq” adlanan hökumət binaları kompleksinin bir hissəsidir.

Bu zalın 14 saat müddətinə icarəsi 18750 dollara başa gəlib.

Toy isə Donald Trampa məxsus oteldə olub.

300 milyon dollarlıq varidata malik sabiq bankir Stiven Minuçin üçüncü dəfə ailə qurur.

36 yaşlı L.Linton isə 2009-cu ildə ərindən, vəkil Ronald Riçardsdan boşanmışdı.

Mnuçinlə Linton 4 il əvvəl Los-Ancelesdə tanış olublar. S.Mnuçin onda Hizer de Forest Krosbi ilə evli idi. Minuçi və Krosbi 2014-cü ildə, 15 illik nikahdan sonnra boşanıblar.

41b83e6000000578-4636330-housing_and_urban_development_secretary_ben_carson_left_talks_wi-a-105_1498348072467

 

41b85e6800000578-4636330-wedding_guests_were_taken_by_a_private_bus_from_trump_internatio-a-115_1498348073030

 

41b853bb00000578-4636330-president_trump_and_first_lady_melania_are_pictured_leaving_the_-a-110_1498348072793

 

41b854ea00000578-4636330-melania_s_sleeveless_dress_was_complete_with_a_pleated_overlay_a-a-114_1498348072988

Gununsesi.info