“ABŞ-ın qaz inqilabı Azərbaycanın maraqlarına cavab verir” - ƏLİ MƏSİMLİ

  • Müəllif: admin
  • 05 İyul 2017 10:52
MESIMLI
ABŞ prezidenti Donald Trampın 2020-ci ildən etibarən dünyada qaz bazarında savaşa girməsi barədə qərarı Rusiyanı ciddi narahat etməyə başlayıb. Tramp administrasiyası bu yolla Avropanın böyük bir qismini Rusiyanın təsirindən qurtarmaq istəyir. Yeni yaranmış situasiya ümumiyyətlə dünyanın qaz bazarında yeni situiasiya yaradır. Və bunun Azərbaycana hansısa formada təsiri olacaq. Bununla bağlı olaraq millət vəkili Əli Məsimliyə müraciət etdik.
Gununsesi-info-ya açıqlama verən millət vəkili Əli Məsimli bildirib ki, ABŞ-da Donald Tramp hakimiyyətə gələndən sonra qlobal siyasətdə diqqətçəkən məqamlar sırasında qlobal neft və qaz bazarındakı çoxvariantı gedişləri daha qabarıq şəkildə özünü göstərməyə başlayıb.
“Birinci gediş,  ABŞ-ın özünün OPEC-dən enerji asılılığını azaltmaq istiqamətində atdığı addımlardır. ABŞ-da neft hasilatının artırılması xətti götürülsə də, bu ölkə neft emalı zavodlarının tələbatını qarşılamq üçün 2016-cı ildə gündə 7,8 mln. barel neft idxal edib ki, bunun da 40%-dən çoxu OPEC-in payı olub. Ona görə də ABŞ OPEC-dən enerji asılılığını azaltmaq üçün neft və qaz hasilatı genişləndirilməsi istiqamətində səylərini artırır və həm də bu istiqamətdə yeni xətt götürüb. İkinci gediş, Rusiyanın Ukraynaya müdaxiləsindən və Krımı ilhaq etdikdən sonra tətbiq olunan sanksiyalarlarla yanaşı Donald Tramp administrasiyası Rusiyanı zəiflətmək üçün onu əsas gəlir mənbəyindən məhrum etmək üçün hərəkətə keçməsi ilə xarakterizə olunur.Ona görə də 2014-cü ilin ortalarından indiyədək dünya baxarında neftin qiymətinin 115 dollar səviyyəsindən 50 dolların ətrafın enməsi çox vaxt sırf iqtisadi amillərlə izah olunmağa cəhd edilsə də, əslində ondan da daha çox Ukraynaya olaylarından sonra Rusiyanın neft-qazdan əldə etdiyi gəlirləri azaldıb çökdürmək siyasətinin tərkib hissəsidir. Üçüncü gediş də xeyli dərəcədə ikinci gedişin tamamalanmasına xidmət edir. Bu gediş Avropanın Rusiya qazından asılılıqğının aradan qaldırılmasıdır”- deyə, Ə. Məsimli vurğulayıb.
 Millət vəkili əlavə edib ki, doğrudur, Avropanın enerji təhlükəsizliyi baxımından bu məsələ onların çoxdankı arzusudur:
“Amma ABŞ-da Tramp hakimiyyətə gələndən sonra bu səylər yeni çalarlar kəsb etməyə başlayıb.Avropanın qaza olan tələbatını üçdə biri Rusiya qazı vasiatəsilə ödənilir. Digər tərəfdən isə bəzi proqnozlara görə qitənin öz daxili qaz ehtiyatları tükənməyə başladığından, Avropanın qaz balansında idxalın payı 2015-ci ildəki 66 faizdən 2035-ci ildə 75 faizə çatacaq. Bir mənbədən asılılıq Avropa ölkələrini çox narahat edir.Bu asılığı azaltmaqdan ötrü bir tərəfdən,əksər Avropa ölkələrində alternativ enerjidən istifadənin payı sürətlə artır. Digər tərəfdən isə Rusiyadan kənar( hələlik Azərbaycan bu sahədə yeganədir) qaz resursları hesabına idxalın şaxələndirilməsinə nail olmaq istəyirlər. Bu baxımdan ABŞ-ın sıxılmış qaz hasilatını artırmağa başlaması, bu il olmasa da gələn ildən Avropa bazarı üçün aktuallıq kəsb etməyə başlaya və sonrakı illərdə isə getdikcə genişlənə bilər”.
 O deyib ki,  ABŞ sıxılmış qazla Avropa bazarına çıxsa, rəqabəti udacaq: “ABŞ Avropa qaz bazarda yaxın illərdə olmasa da, sonradan önəmli yer tuta bilər.1953-cü ildən indiyədək ABŞ təbii qazın xalis idxalçısı olub.ABŞ 2020-ci ilə qədər sıxılmış təbii qaz ixracatçısı olaraq qlobal bazara daxil olmaq niyyətindədir. Amma bəyanatlarda deyildiyi kimi, “2020-dən dünya bazarını darmadağın etməklə Avropanı Rusiyanın təsirindən tam qurtarmaq” mümkün olmayacaq…. Çünki Rusiyanın Avropanın qaz bazarındakı payı kifayət qədər böyük olduğundan,onu Avropa bazarındakı təsirini minimuma endirmək xeyli zaman aparacaq….Sadə matematikadan istifadə etmklə onu da görmək çətin deyil ki, orta perspektivdə Rusiyanın Avropanın qaz bazarından tam çıxarmaq mümkünsüz görünsə də, ABŞ-ın Avropa bazarına sıxılmış qaz ixracı artdıqca, vəziyyət Rusiyanıın ziyanına dəyişəcək və onun bu bazardakı mövqeyi zəifləyəcək”.
Baş verən proseslərin Azərbaycana təsirinə gəldikdə isə millət vəkili deyib ki,  hər şeydən əvvəl onu qeyd edək ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, həmçinin Xəzərin enerji resurslarının işlənməsi və ixracındakı rolunu yüksək qiymətləndirir, “Cənub Qaz Dəhlizi”nə qərarlı dəstəyini davam etdirir. “Azərbaycanın  neft-qaz siyasəti, eyni zamanda  karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması  formalaşdırdığı infrastruktur layihələri olan Bakı- Tbilisi- Ceyhan- neft kəməri və “Cənub Qaz Dəhlizi”  ilə 21-ci əsrin dünya  energetika siyasətinə öz töhfələrini verə bilib. “Cənub Qaz Dəhlizi”nin qlobql, regional, iqtisadi,  sosial faydası ilə yanaşı, Azərbaycanın müstəqilliyinin gücləndirilməsi baxımından da çox ciddi əhəmiyyət kəsb edir. Avropanın qaz balansında Azərbaycandan gözlənilən idxalın payı az olsa da, perspektivi xeyli böyükdü….Digər ölkələr də bu layihəyə qoşula bilər. Ona görə də Cənub Qaz Dəhlizi” layihəsnin reallaşması Azərbaycanın energetika sahəsində daha vacib oyunçu kimi ortaya çıxmasına xidmət edir. Eyni zamanda, bu layihə regional səviyyədə əməkdaşlığın yeni mərhələsinə yol açır. Cənub Qaz Dəhlizinin digər vacib əhəmiyyət kəsb edən tərəfi isə odur ki, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu artıracaq, Avropa ilə əməkdaşlığını yeni mərhələyə daşıyacaq. Çünki bu qaz dəhlizləri Avropanın Rusiyanın təsirindən qurtulmaq istiqamətində müstəsna rola malik olan alternativlərdən biridir. Ona görədə, Azərbaycanın enerji sahəsində həyata keçirdiyi   siyasət  Qərbin birbaşa maraqlarına xidmət etdiyindən, onlar bu alternativ xətlərin yaradılmasına dəstək verirlər və onların dəstəyi ilə reallaşır. Odur ki, ABŞ-ın qaz savaşı Azərbaycanın maraqların zidd deyil, əksinə üst-üstə düşür”- deyə, millət vəkili bildirib.
Mürtəza Bünyadlı
Gununsesi.info