ABŞ-ın Ukraynaya ayırdığı növbəti hərbi yardımın bir hissəsinin çatdırılmasına başlanılıb

  • By admin
  • 23 Mart 2022 19:24

ABŞ-ın Ukraynaya ayırdığı 800 milyon dollarlıq hərbi yardımın ilk partiyalarının çatdırılmasına başlanılıb.

APA-nın xəbərinə görə, bu barədə CNN-ə ABŞ Prezidentinin administrasiyasından olan rəsmi bildirib. Qeyd olunub ki, hərbi yardımın yerdə qalan hissəsinin də mümkün qədər tez bir vaxtda Ukraynaya çatdırılması istiqamətində işlər davam etdiriləcək.

Hərbi yardıma 800 “Stinger” hava hücumundan müdafiə sisteminin, 100 silahlı dronun, eləcə də Ukraynanın müdafiəsi üçün zəruri olan digər vasitələrin daxil olduğu bildirilib.

Əlavə olunub ki, Prezident Co Baydenin martın 12-də elan etdiyi 200 milyon dollarlıq yardım paketinin də çatdırılması demək olar ki, tamamlanıb. Həmin paketə də “Stinger” və “Javelin” sistemləri daxil olub.

“Yerdə qalan döyüş vasitələrinin də qısa müddətdə çatdırılacaq”, – deyə adı açıqlanmayan rəsmi qeyd edib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Co Bayden Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayırıldığını açıqlayıb.

Gununsesi.info