ABŞ İrana hücum edə bilər? -ŞƏRH

İranda iki həftədən artıq davam edən etirazlar daha da şiddətlənir və artıq lokal səviyyədən çıxaraq ölkə üzrə geniş miqyas alıb.

31 vilayətdə 186 şəhərdə 585 müxtəlif nöqtədə aksiyalar keçirilir.

Hadisələr zamanı 500-dən çox insanın həlak olduğu bildirilir.

ABŞ prezidenti Donald Trump son açıqlamasında İran üçün masada güclü variantların olduğunu, hər saat hesabat aldığını və tezliklə qərar verəcəyini bildirib.

Gununsesi.info -ya açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan qeyd edib ki, ABŞ İrana yalnız SEPAH-a, yəni İran İnqilab Keşikçiləri Qvardiyasına qarşı əməliyyat adı ilə müdaxilə edə bilər.

“Çünki ABŞ SEPAH-ı terror təşkilatları siyahısına daxil edib və terrorizmə qarşı mübarizə adı altında əməliyyat apara bilər”.

Siyasi şərhçi əlavə edib ki, əgər İran ABŞ-ın regiondakı hərbi bazalarına və ya neft obyektlərinə hücum edərsə, ABŞ buna adekvat cavab verə bilər.

 

 

Şəbnəm

Gununsesi.info