ABŞ İrana qarşı daha bir sıra  TƏDBİRLƏR PLANI HAZIRLAYIB

  • By admin
  • 13 Yanvar 2018 09:24

ABŞ İranın nüvə proqramı sazişi çərçivəsində Tehrana qarşı beynəlxalq  aləmin də dəstəkləyəcəyi bir sıra tədbrilər planı hazırlayır.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Xeyli deyib.

Diplomatın sözlərinə görə, ABŞ İranın təhlükəli və sabitliyi pozan hərəkətlərinə dözmək niyyətində deyil və hesab edir ki, digər ölkələr də bu məsələdə Ağ Evə qoşulacaqlar: “Biz İranın aktiv raket fəaliyyəti, terroru maliyyələşdirməsi, insan hüquqlarını kobud pozmasına qarşı BMT-də yeni beynəlxalq əməkdaşlıq formatının yaranmasını gözləyirik. Bütün bu, addımlar nüvə razılaşmasından kənar qəbul ediləcək. Əgər biz bu məsələdə beynəlxalq konsensusa nail ola bilməsək, bu, bir daha  nüvə razılaşmasının sülhə mane olmasının açıq göstəricisi hesab olunacaq”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp cümə günü İranın nüvə  sazişi ilə bağlı sanksiya müddətini daha 90 gün uzadıb.

ABŞ prezident administrasiyasının təmsilçisi deyib ki, bu Trampın İrana qarşı sonuncu güzəştidir.

Tramp eyni zamanda, Avropa Birliyini İranın nüvə sazişi ilə bağlı düzəlişdə iştirak etməyə çağırıb.

Gununsesi.info