ABŞ İrana qarşı sanksiyaları artırdı

  • By admin
  • 01 Noyabr 2019 10:33

ABŞ Dövlət Departamenti İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Gununsesi.org-un “RT” telekanalına istinadən verdiyi xəbərə görə, qurumun açıqlamasında dövlət katibi Maykl Pompeonun İran rejiminin nüvə proqramına məhdudiyyətlər qoymağa davam etdiyi ifadə edilib.

Qeyd olunur ki, bu, İranın mülki nüvə proqramı üzərində nəzarəti qorumağa kömək edəcək, yayılma risklərini azaldacaq.

Xüsusilə, ABŞ-ın yeni sanksiyalarına əsasən, birbaşa və ya dolayı yolla İslam İnqilabı Keşikçiləri Korpusunun nəzarəti altında olan İran inşaat sektoru daxil edilib.

 

Gununsesi.org