ABŞ İŞİD-ə silah satır? – Zaxarova açıqladı

  • By admin
  • 31 Avqust 2017 20:13

mariya_zaxarova
ABŞ-ın İŞİD-ə silah satması ilə bağlı səsləndirilən iddialar ciddi şəkildə araşdırılmalıdır.

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Bəzi araşdırmalarda göstərilir ki, ABŞ heç də həmişə terrorçularla mübarizə aparmır. Öz məqsədlərini güdərək terrorçulara silah satır. Bu kimi olayların Suriyanın ət-Tanf bölgəsində baş verdiyi bildirilir”, – XİN sözçüsü qeyd edib.

Suriya sektorunun təhlükəsizlik xidmətinin keçmiş rəisi Məhəmməd Əs-Salam ət-Tanf bazasında təlim keçən hərbçilərin ABŞ-ın razılığı ilə silahlarını İŞİD-ə satdıqlarını bildirib.

Gununsesi.info