ABŞ İsraillə İrana qarşı razılığa gəlməyini rəsmən təsdiqləyib

  • By admin
  • 29 Dekabr 2017 23:25

Rəsmi Vaşinqton ABŞ və İsrailin İrana qarşı razılığa gəldiklərini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ağ evin rəsmi nümayəndəsi bildirib.

“İki ölkənin nümayəndə heyəti İranın düşmən siyasətinə qarşı durmaq üçün gələcək əməkdaşlığın ümumi çərçivəsi üzrə razılığa gəliblər”, deyə Ağ Evin nümayəndəsi qeyd edib.

Bundan əvvəl mətbuatda ABŞ və İsrailin Yaxın Şərqdə İranın təsirinin qarşısını almağa dair razılığa gəldikləri bildirilib.

Gununsesi.info