ABŞ Kılıcdaroğlu kimi bir kukla lider istəyir - BƏKİR BOZDAĞ

  • Müəllif: admin
  • 30 Noyabr 2017 12:24

“ABŞ-da Rza Zərrab ilə bağlı bir məhkəmə prosesi başlayır. Zərrab təzyiq altında etirafçı halına gətirildi”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib.

B.Bozdağ deyib ki, ABŞ Nyu-Yorkda bir teatr reallaşdırmaqdadır: “Bununla paralel olaraq Türkiyədə də ana müxalifət lideri prezident, onun ailəsə və yaxınlarına qarşı iftiralar kampaniyasına başlayıb. Nyu-Yorkdakı teatrın davamını burada ana müxalifət lideri davam etdirir. Hər iki oyunun hədəfi prezident Rəcəb Tayyib Ərdoğandır”.

O əlavə edib ki, ABŞ Kılıcdaroğlu kimi bir kukla lider istəyir: “Bu gün Türkiyənin maraqlarının əleyhinə çıxan və bu oyunları icra edən şəxs CHP lideri Kılıcdaroğludur”.

Gununsesi.info