ABŞ Konqresi İrana qarşı hərbi gücü müzakirə edəcək

  • Müəllif: admin
  • 01 Fevral 2017 11:15

konqres

ABŞ Konqresinə İrana qarşı hərbi gücün tətbiqi barədə qətnamə daxil olub. Gununsesi.info RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Konqresin qanunvericilik aktlarının məlumat bazasında qeyd olunub.

Məlumata görə, “İrana qarşı gücdən istifadəyə icazə” adlı qətnaməni Nümayəndələr Palatasının Florida ştatından olan deputatı Elsi Hastinqs təklif edib.

Qətnamədə bildirilir ki, prezidentin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədinə çatması üçün lazım gələrsə Birləşmiş Ştatların Silahlı Qüvvələrindən istifadə etməsinə icazə verilir.

Amma indiyə kimi qətnamə üzrə heç bir hərəkətə təşəbbüs edilməyib və onun Konqressin hər iki palatası tərəfindən qəbulu az inandırıcı görünür.

Bundan başqa, Donald Trampın fəaliyyətdə olan administrasiyası da İrana qarşı güc tətbiqi planı haqda heç nə deməyib.