ABŞ-la Rusiya arasında daha bir viza qalmaqalı

  • By admin
  • 04 Dekabr 2019 12:51

ABŞ hökuməti Rusiyanın Federal Xəzinədarlığının nümayəndə heyətinə dekabrın 3-də audit konfransında iştirak etmək üçün giriş vizaları verməyib.  Gununsesi.org-un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.

“Az öncə Beynəlxalq Audit Peşə Tənzimlənməsi İnstitutunun konfransında iştirak etmək üçün dekabrın 3-də Vaşinqtona gəlməli olan Federal Xəzinədarlığımızın nümayəndə heyəti viza almadı”, -deyə Rusiya diplomatik nümayəndəliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, Dövlət Departamenti 28-29 noyabr tarixlərində Rusiya Xarici İşlər Nazirliyinin Xaricdəki Həmvətənlərlə İş Departamentinin direktoru Oleq  Malqinovun Nyu-Yorka Gənclər Forumuna getməsinin də qarşısını alıb.