ABŞ miqrasiya haqqında qlobal sazişdə iştirak etməyəcək

  • By admin
  • 03 Dekabr 2017 15:10

ABŞ 2018-ci ildə qəbulu planlaşdırılan BMT-nin miqrasiya haqqında qlobal sazişinin iştirakçısı olmayacaq.

Gununsesi.info xəbər verir ki, buna səbəb isə bu sazişin ölkənin maraqlarına cavab verməməyidir.

Məlumata əsasən, ABŞ sazişin hazırlanması prosesində 2016-cı ildə Barak Obamanın prezident olduğu müddətdə iştirak etməyi qəbul edib. Həmin zaman ABŞ 2016-cı ilin sentyab ayının 19-da qəbul olunmuş Nyu-York deklarasiyasına qoşulub.

ABŞ-ın BMT yanında nümayəndəliyi bildirir ki, bu saziş yeni prezidentin administrasiyasının prinsiplərinə və ABŞ-ın miqrasiya siyasətinə uyğun deyil.

Gununsesi.info