ABŞ Natiq Cəfərli və fəallarla bağlı narahatlıq ifadə etdi: "Həbs olunanları azadlığa buraxmağa çağırırıq"

  • By admin
  • 17 Avqust 2016 11:24

natiq

“REAL Hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbs olunması xəbəri ABŞ-ı narahat edib. Həmçinin digər bir neçə fəalın Azərbaycanda həbs olunması bizi narahat edir”.

Gununsesi.info xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən  bildirildiyinə görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Mark Tonerin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, ABŞ Azərbaycan hökumətini fundamental hüquqlardan yararlanmalarına görə həbs olunan fəalları azadlığa buraxmağa və vətəndaşların fundamental hüquqlarına hörmətlə yanaşmağa çağırır.

“Biz Azərbaycan hökumətini, xüsusilə 26 sentyabr Konstitusiya referendumu ərəfəsində dövlətin tutduğu istiqamətə dair açıq ictimai dialoqun inkişafına imkan yaratmağa çağırır, Konstitusiya dəyişikliklərınə dair birgə rəyin alınması üçün onları Venesiya KomissiyasıATƏT-ın Demokratik Təsisatlar və İnsan Haqları Ofisinə təqdim etməyə təşviq edirik” – deyə, bəyanatda vurğulanır.

 

abcc

Gununsesi.info