
ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriya Hərbi Hava Qüvvələrinə məxsus, İran istehsalı “Şahid-129” tipi pilotsuz uçuş aparatını vurub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Suriyanın cənubunda baş verib.
Belə ki, Suriya təyyarəsi ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri yerləşdiyi əraziyə yaxınlaşdığına görə zərərsizləşdirilib.
Xatırladaq ki, iyunun 19-da ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Rəqqanın qərbində Suriya Hərbi Hava Qüvvələrinə məxsus “Su-22” qırıcı təyyarəsini vurub.
Anar
Gununsesi.info












