ABŞ növbəti dəfə rusiyalı diplomatlara viza verməkdən imtina etdi

  • By admin
  • 03 Oktyabr 2019 20:56

Rusiyalı diplomatlar növbəti dəfə ABŞ vizası ala bilməyib.

Gununsesi.org-un məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova qeyd edib ki, bu səbəbdən Xarici İşlər Nazirliyinin nümayəndələri Kaliforniyaya “Fort-Ross Dialoqu”na gedə bilməyəcək.

Bununla bağlı nazirlik rəsmisi fikir verib ki, Amerika tərəfi viza verilməsini tez-tez ləngidir və Rusiya diplomatik nümayəndəliyinin əməkdaşlarına rədd cavabı verir.

 

 

Gununsesi.org