ABŞ o ölkəyə minlərlə əsgər göndərdi

  • By admin
  • 14 Yanvar 2017 19:03

iraq

 

ABŞ hökuməti bir neçə gün əvvəl İraqın paytaxtı Bağdad şəhərinin yaxınlığındakı Ayn əl-Əsəd hərbi bazasına 4 min hərbçi yerləşdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə İraqın hərbi mənbələri məlumat yayıb.

Ayn əl-Əsədlə yanaşı, Cəbbaniyə və Teqaddüm hərbi bazalarına da əsgərlərin yerləşdiyi vurğulanıb.

Qarşıdakı günlərdə isə daha çox amerikalı hərbçinin İraqa göndəriləcəyi də bildirilib.

Qeyd edək ki, hazırda İraqda 5 min ABŞ əsgəri xidmət keçir.

 

Gununsesi.info