ABŞ BMT Təhlükəsizlik Şurasına Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl-Şaraaya qarşı sanksiyaların aradan qaldırılması haqqında qətnamə layihəsi təqdim edib.
Gununsesi.info “Reuters”ə istinadən xəbər verir ki, bu onun noyabrın 10-u ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçiriləcək görüşü ərəfəsinə təsadüf edib.
Təşəbbüsün qəbul edilməsi üçün ən azı 9 “lehinə” səs və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri – Rusiya, Çin, ABŞ, Fransa və Böyük Britaniya tərəfindən veto qoyulmaması tələb olunur.













