ABŞ ordusu yüksək döyüş hazırlığına gətirildi

  • By admin
  • 03 Yanvar 2020 10:05

Bağdadda İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ silahlı qüvvələri yüksək döyüş hazırlığına gətirilib. Gununsesi.orgun məlumatına görə, bu barədə “Fox News” telekanalı mənbələrinə istinadən xəbər verib.

Qeyd edək ki, İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb. İranın ali dini lideri Ayətullah Əli Xamenei Q.Süleymaninin öldürülməsinə görə qisas alacaqlarını söz verib.

Gununsesi.org