Rusiyada 18 mart 2018-ci il tarixində keçirilmiş prezident seçkilərinin qalibi olan Vladimir Putinin ABŞ-ın “Time” jurnalında maraqlı görüntüsü yer alıb.
Gununsesi.info xəbər verir ki, müxtəlif ölkələr üçün nəzərdə tutulmuş 4 versiyası olan “Time” jurnalının üz qabığında Putinin başında tac olan fotosu əks olunacaq. Şəklin üstünə isə “yüksələn çar” ifadəsi yer alacaq. Rusiya liderinin taclı fotosu əks olunan nömrə ABŞ istisna olmaqla digər ölkələrdə nəşr olunacaq.
“Time” dərgisinin həmin nömrəsi 2 aprel tarixində işıq üzü görəcək.
Qeyd edək ki, dördüncü dəfə prezident seçilən Putin 2024-cü ilə qədər liderliyi qoruyarsa, Stalindən sonra Rusiyanı ən uzun müddət idarə edən dövlət başçısı kimi adını tarixə yazdıra bilər.
Gununsesi.info