ABŞ qoşunları Danimarkada yerləşdirilə bilər

  • By admin
  • 10 Fevral 2022 19:15

Danimarka və ABŞ qoşunlarının yerləşdirilməsinə icazə verən müdafiə sazişi üzrə danışıqlar aparır.

Gununsesi.info xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb.

“Danimarka ABŞ-ın Avropadakı fəaliyyətinin güclənməsinə töhfə verəcək”, – bəyanatda deyilir.

Bundan əvvəl Danimarkanın Baş naziri Mette Frederiksen qeyd edib ki, saziş Ukrayna ətrafındakı vəziyyətlə bağlı deyil, onunla bağlı danışıqlar uzun müddətdir ki, davam edir.

Siyasətçi onu da bildirib ki, yeni sazişdə ABŞ ordusunun Danimarkada yerləşdirilməsi də ola bilər.

 

 

Gununsesi.info