“ABŞ referendumun keçirilməsinə qarşı çıxmır” - MƏSUD BƏRZANİ

  • Müəllif: admin
  • 30 Avqust 2017 16:22

berzani

“Amerika Birləşmiş Ştatlarının (ABŞ) müdafiə naziri Ceyms Mattis, Kürdüstanın müstəqilliyi üçün bölgədə referendum keçirilməsinə qarşı çıxmır”.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraq Kürdüstan Regional Hökumətinin (İKRH) başçısı Məsud Bərzani Səudiyyə Ərəbistanında kifayət qədər nüfuzlu olan “Asharq Al-Awsat” qəzetinə müsibəsində söyləyib.

Belə ki, Şimali İraqda yayımlanan və M.Bərzani rəhbərliyinə yaxınlığı ilə tanınan “Rudaw” televiziya kanalı isə avqustun 22-də Məsud Bərzaninin Ərbil şəhərində ABŞ-ın Müdafiə Naziri ilə görüşduyünü xəbər verib: “Görüş zamanı C.Mattis Kürd xalqının istək və hədəfi anladığını, eləcə də referenduma qarşı olmadığını, lakin bunun İŞİD terror təşkilatına qarşı müharibə zamanı konsentrasiyaya təsir göstərəcəyini deyərək referendumla bağlı qərarın yenidən nəzərdən keçirlməsinin istəyib”.

Qeyd edək ki, ABŞ-ən dövlət katibi Reks Tillerson M.Bərzanidən referendumun təxirə salınmasını tələb edib.

Anar

Gununsesi.info