ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edir

  • By admin
  • 09 Aprel 2018 14:15

ABŞ administrasiyası bu həftə Suriyada mülki əhaliyə qarşı kimyəvi silah işlədilməsi ilə bağlı Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə “Kommersnat”a ABŞ Dövlət Departamentindən məlumat verilib.
Rusiyaya qarşı tətbiq ediləcək sanksiya ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton tərəfindən hazırlanır. Con Bolton Rusiyaya qarşı öz daha sərt mövqeyi ilə seçilən şəxslərdəndir.
Prezident Tramp Suriya rejiminin mülki əhaliyə qarşı kimyəvi silah işlədilməsini pisləyərək, “bunun onlara çox baha başa gələcəyini” bəyan edib. O eyni zamanda Rusiyanı İran və Bəşər Əsədi dəstəkləməkdə ittiham edib.
ABŞ Dövlət Departamenti isə Suriyada kimyəvi silahın işlədilməsinə görə, məsuliyyətin Rusiyanın daşıdığını bəyan edib.

Gununsesi.info