ABŞ səfiri: Azərbaycana koronavirusla mübarizə üçün köməklik göstərməyin yollarını nəzərdən keçiririk - VİDEO

  • By admin
  • 12 Mart 2020 17:41

ABŞ yeni parlamentlə əməkdaşlıq edəcək

“Ötən gecə ABŞ prezidenti Donald Tramp şengen viza razılaşması ölkələrini əhatə edən 26 Avropa ölkəsindən ABŞ-a vətəndaşların səyyahətini qadağan edən qərarını bildirib. Bu qərar hazırda Azərbaycana aid deyil. 30 gündən sonra qərar yenidən nəzərdən keçiriləcək. Bir şey də bildirim ki, istənilən ölkənin vətəndaşı bu 26 ölkədən keçməklə, yəni şengen razılaşması olan ölkələrdən keçməklə, ABŞ-a səfər etdikləri təqdirdə, bu qadağa həmin ölkə vətəndaşlarına da aiddir.”

Bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Amerikanın Səsinin sualının cavabında bildirib.

O emid edir ki, səfirlik ABŞ prezidentinin qərarının təfərrüfatlarını çox yaxın vaxtda alacaq və tezliklə məlumatlar təfərrüatlı şəkildə ABŞ Səfirliynin facebook səhifəsində yayılacaq.

“Przidentimizin bu qərarı ABŞ-da atılan addım və qərarlardan biridir. Dünyanın bütün ölkələrində, Azərbaycanda da hökumət yeni koronovirusun qarşısnın alınması üçün müvafiq tədbirlər görür. Biz Azərbaycanda bu virusun qarşısının alınması uğrunda mübarizə üçün Azərbaycan hökuməti və Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edirik. Həm Azərbaycana, həm də dünyanın müxtəlif ölkələrinə bu istiqamətdə köməklik göstərmək üçün yolları nəzərdən keçiririk,” səfir qeyd edib.

Przeident Tramp çıxışında 4 praktik əməli vurğulayıb.

“Mən burada bir daha fürsətdən istifadə edərək bu əməlləri təkrar etmək istəyirəm. Bu sadə addımları ataraq hər bir şəxs dünyada virusun yayılmasının qarşısının alınmasına kömək edə bilər. Birinci addım, gün ərzində tez-tez, 20 saniyədən az olmamaq şərti ilə əllərinizi sabunla yuyun. İkincisi, siz və ailə üzvləriniz gün ərzində toxunduğunuz vasitələri tez-tez silib təmizləyin. Üçüncü, asqırıb-öskürərkən qolunuzla ağzınızı örtün. Dördüncü, ən vacibi, özünüzü xəstə hiss edirsinizsə evdə qalın. Əgər hər kəs bu, dediklərimə əməl etsə, virusun qarşısını ala bilər,” Litzenberger belə məsləhət bilib.

 

Səfir Amerikanın Səsinin Azərbaycanda yeni formlaşmış parlamentlə əməkdaşlıqla bağlı sualının cavabında deyib ki, ABŞ yeni Milli Məclislə işini həvəslə, səbirsizliklə gözləyir.

“Mən yeni Milli Məclisin fəal işləməyini gözləyirəm. Ümid edirəm ki, onlar Azərbaycanda iqtisadi, sosial və digər sahələrin inkişaf etdirilməsi üçün öz fəaliyyətlərini genişləndirəcəklər və bu işləri təşviq edəcəklər,” Li Litzenberger qeyd edib.

Xəbər amerikaninsesi.org saytında dərc edilib.

 

 

Gununsesi.org