ABŞ səfiri Baş Prokurorla görüşdü

  • By admin
  • 19 İyun 2020 13:18

İyunun 18-də Azərbaycanın baş prokuroru Kamran Əliyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Li Litzenbergerlə görüşüb.

Baş Prokurorluğun Mətbuat xidmətininnin məlumatına görə, baş prokuror iki dövlətin hüquq mühafizə orqanları arasında əməkdaşlığı haqqında danışıb.

“Kamran Əliyev prokurorluqda aparılan genişmiqyaslı islahatlardan söhbət açaraq, beynəlxalq təhlükəsizlik və terrorizmə qarşı mübarizədə dövlətiin göstərdiyi səyləri, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən institusional və cinayət təqibi tədbirlərini qeyd edib.

O həmçinin Baş Prokurorluğun insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin mütəşəkkil cinayətkarlığın digər ağır formaları ilə mübarizə sahəsində beynəlxalq qurumlarla, o cümlədən digər ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığın əhəmiyyətini vurğulayıb.”

Səfir Litzenberger ikitərəfli münasibətlərə toxunaraq ABŞ-ın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iki ölkə arasında münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini bildirib.

Baş Prokurorluğun məlumatında deyilir ki, ABŞ səfiri Ermənistanla mövcud münaqişə barədə fikir mübadiləsi aparılarkən Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq Dağlıq Qarabağ ərazisinin Azərbaycanın tərkib hissəsi olmasını təsdiqləyib və hər zaman Azərbaycan dövlətini dəstəklədiyini bildirib.

Səfir prokurorluq əməkdaşlarının peşə bacarıqlarının artırılmasında ABŞ-ın hər cür dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

 

Xəbər amerikaninsesi.org saytında dərc edilib.

Gununsesi.org