ABŞ senatoru: “Tramp buna səbəb olacaq cinayətlər törədib”

  • By admin
  • 10 Yanvar 2021 14:43

ABŞ-ın respublikaçı senatoru Pet Tumi Donald Trampın ikinci impiçment prosesinə hazırlığı ilə əlaqədar olaraq “Fox News” telekanalına danışıb.

Gununsesi.info xəbər verir ki, senator Tumi Trampın vəzifədən kənarlaşdırılmasına səbəb ola biləcək cinayətlər törətdiyinə inandığını bildirib.

O, Trampın Konqres binasına olunan basqındakı rolunu vurğulayıb və onun vəzifədən kənarlaşdırılmasının leyhinə səs verəcəyini açıq söyləməyib.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Konqresə olan basqından sonra Donald Trampı istefaya göndərmək üçün vitse-prezident Mayk Pensi Konstitusiyanın 25-ci maddəsini icra etməyə çağırıb.

Gununsesi.info