
Vaşinqton Şimali Koreyanın ABŞ-a və onun müttəfiqləri olan Yaponiya və Cənubi Koreyaya qarşı istənilən təhlükəsinə cavab verməyə hazırdır.
Gununsesi.info reuters-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Yaponiyanın baş naziri Sindzo Abe ilə telefon danışığı zamanı deyib.
BMT TŞ-nin sanksiyalarına baxmayaraq, Şimali Koreya ballistik raket sınaq təcrübəsini dayandırmır. Buna görə də Pxenyanla Vaşinqton arasında ciddi gərginlik yaranıb.
Şimali Koreyanın dövlət agentliyinin verdiyi məlumata əsasən Pxenyan ABŞ-ın Quam adalarındakı hərbi bazalarına raket zərbəsi endirməyin mümkün variantlarını öyrənir.
Pxenyanın bu bəyanatından sonra ABŞ prezidenti Tramp deyib ki, Şimali Koreya lideri Kim Çen İn odla oynayır.
Gununsesi.info












