ABŞ Somalidə terrorçulara aviazərbələr endirib

  • Müəllif: admin
  • 27 Fevral 2018 21:52

ABŞ hərbçiləri Somalidə “Əş-Şəbab” radikal qruplaşmasının mövqelərinə aviazərbələr endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Afrika komandanlığı məlumat yayıb.

Aviareyd zamanı iki yaraqlının məhv edildiyi bildirilir. Aviazərbələr Cilib yaşayış məntəqəsinin yaxınlığında həyata keçirilib.

ABŞ təyyaraləri mütamadi olaraq “Əş-Şəbab” qruplaşmasının mövqelərinə zərbələr endirir.

Qeyd edək ki, qruplaşma İŞİD-lə sıx əlaqədədir.

Gununsesi.info