ABŞ Suriya ordusunu bombalayıb

  • By admin
  • 18 İyun 2018 11:09
 
ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriya ordusunun Əbu Kamal şəhərindən cənub-şərqdə yerləşən mövqelərinə aviazərbələr endirib.
Bu haqda SANA agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, hadisə nəticəsində ölən və yaralılar var. Pentaqon bu informasiyanı təkzib edib:
“ABŞ və ya koalisiya qüvvələrinin bu zərbələrdə əli yoxdur”,- deyə müdafiə nazirliyinin rəsmisi Edrian Rankayn-Hallouey bildirib.
Xatırladaq ki, bundan əvvəl aprelin 14-də ABŞ, Böyük Britaniya və Fransa Suriya ordusunun kimyəvi silah istehsal olunduğu iddia edilən obyektlərinə müştərək raket zərbələri endirmişdi.(Oxu.Az )