ABŞ Türkiyəni İŞİD-lə mübarizə aparmağa çağırdı

  • By admin
  • 19 Yanvar 2018 08:10

ABŞ Dövlət Departamenti Türkiyəni Vaşinqtonun dəstəklədiyi Suriya kürdlərinə qarşı yox, İŞİD terrorçularına qarşı mübarizəyə çağırır.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.

X.Nauert ABŞ-ın Suriyada “sərhəd təhlükəsizlik qüvvələri” yaratmaq fikrində olmadığını bildirib. Onun sözlərinə görə, Ankaranın sərt reaksiyasına səbəb olmuş bu məsələ səhv təqdim edilib, kürdlərə dəstəyin əsas məqsədi İŞİD-dən zad edilmiş ərazilərin təhlükəsizliyini təmin etməkdir.

Gununsesi.info