“ABŞ üçün ən böyük təhlükəni İŞİD yaradır”

  • By admin
  • 01 Dekabr 2017 08:30

ABŞ üçün ən böyük terror təhlükəsini hazırda İŞİD qruplaşması yaradır.

Gununsesi.info xəbər verir ki, bunu Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri Kristofer Rey Konqresdə çıxışı zamanı bildirib.

“FTB İŞİD-in və ölkədəki yerli ekstremistlərin ABŞ üçün ən böyük terror təhlükə yaratdığını hesab edir”, – deyə o qeyd edib.

Kristofer Rey qurumun İŞİD sıralarına daxil olmağı arzulayan şəxslərin və ölkə ərazisində terror aktları törətmək niyyətində olan amerikalıların ifşa edilməsi ilə də məşğul olduğunu bildirib.

“Xarici terror təşkilatlarından başqa ölkədəki ekstremist hərəkatlar da ABŞ-ın milli təhlükəsizliyinə ciddi təhlükə yaradır”, – deyə Kristofer Rey qeyd edib.

FTB rəhbəri “Əl Qaidə”dən gələn təhlükəni də şərh edib. Onun sözlərinə görə, qeyd olunan təşkilatın üzvləri Pakistan və Əfqanıstanda ABŞ və onun müttəfiqlərinə təhlükə yaratmaqdadır.

Gununsesi.info