ABŞ və Türkiyə Qəzzaya humanitar yardımı müzakirə edəcəklər

  • By ilhame
  • 26 Noyabr 2023 09:18

ABŞ-ın maliyyə nazirinin müavini Brayan Nelson Türkiyəyə səfər edəcək və burada Qəzza zolağına humanitar yardımın çatdırılmasını müzakirə etmək niyyətindədir.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumatda Nelsonun noyabrın 26-dan dekabrın 1-dək Omanın paytaxtı Maskata, o cümlədən Ankara və İstanbula səfər edəcəyi, orada Fələstinin HƏMAS radikal hərəkatına maliyyə təzyiqi, habelə Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin görülməsi məsələsini gündəmə gətirmək niyyətində olduğu qeyd edilir.

Bəyanatdan göründüyü kimi, ABŞ Maliyyə Nazirinin müavini Türkiyədə Ukraynadakı müharibəni dəstəkləməyə yönəlmiş “ticarət və maliyyə fəaliyyətlərinin qarşısını almaq, pozmaq və araşdırmaq səylərini müzakirə edəcək”.

Gununsesi.info