ABŞ və Ukraynadan Rusiyaya qarşı həmlə

  • By admin
  • 28 Noyabr 2017 22:53

ABŞ Maliyyə Nazirliyi Rusiyanın biznesmenlərinə və şirkətlərinə qarşı yeni sanksiyalar hazırlayır.

Gununsesi.info xəbər verir ki, bu sözləri Ukrayna Xarici İşlər naziri Pavel Klimkin deyib.

O bildirib ki, Kiyev Rusiyaya qarşı sanksiyaların hazırlanmasında ABŞ Konqresi ilə əməkdaşlıq edir:

“Bu qanun layihəsi olduqca vacibdir. Sanksiyalar formal mahiyyət daşımır. Onlar həm də məntiqli qərarlardır”.

XİN rəhbəri əlavə edib ki, yeni sanksiya layihələri 2018-ci ilin yanvar ayının sonunda hazır olacaq.

Gununsesi.info