ABŞ və Ermənistan strateji tərəfdaş oldu - SƏNƏD NƏYİ ƏHATƏ EDİR?

  • By admin
  • 15 Yanvar 2025 08:43

ABŞ-nin Dövlət Katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iki ölkə arasında  strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. 

Gununsesi.infonun xəbərinə görə, tərəfdaşlıq aşağıdakı sahələri əhatə edir:

– ABŞ Ermənistanda demokratikləşmə islahatlarını dəstəkləməlidir;

– Birləşmiş Ştatlar Ermənistan iqtisadiyyatın inkişafına kömək etməyə sadiqdir;

– ABŞ Ermənistanda inklüzivliyin inkişafına kömək etməlidir;

– Birləşmiş Ştatlar təhlükəsizlik sahəsində yardım göstərməyi öhdəsinə götürür. Bura Müdafiə, Kəşfiyyat, Texnologiya və Daxili İşlər Nazirliyi daxildir;

– ABŞ nüvə enerjisinin transformasiyasına yardım etmək öhdəliyi götürüb;

– ABŞ sərhəd təhlükəsizliyini təmin etməyə kömək edəcək;

– Ermənistan Yaxın Şərqdə İŞİD terrorçularına qarşı mübarizə koalisiyasına üzv olub.

Siyasi şərhçi Elçin Rüstəmli deyir ki, Tramp dövründə ABŞ-nin Ermənistana siyasi, iqtisadi, hərbi, texnoloji dəstəyini əhatə edən bu sazişin nə dərəcədə işlək olacağı bəlli olacaq:”Habelə Rusiyanın dərhal açıqladığı kəskin reaksiyadan sonra Moskva-İrəvan münasibətlərində nələr baş verəcəyi maraqla gözlənilir.

Yada salaq ki, Ermənistan artıq Avropa İttifaqına üzvlük müraciəti etməklə Kremlin qırmızı xəttini tapdalayıb”.

 

Günay Mahirqızı 

Gununsesi.info