ABŞ xəbərdarlıq etdi - SƏUDİYYƏ ƏRƏBİSTANINA GETMƏYİN

  • By admin
  • 22 Noyabr 2017 09:30

ABŞ Səudiyyə Ərəbistanına səfər zamanı “riskləri diqqətlə nəzərdən keçirmək” zəruriliyi barədə vətəndaşlara xəbərdarlıq edib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Səudiyyə Ərəbistandakı səfirliyinin saytında yayılan bəyanatda bildirilir.

Bəyanatda deyilir: “Dövlət Departamenti Səudiyyə Ərəbistanına səfər zamanı “riskləri diqqətlə nəzərdən keçirmək” zəruriliyi barədə ABŞ vətəndaşlarına xəbərdarlıq edir”.

Dövlət Departamenti bildirir ki, terror aktları təhlükəsi Ər-Riyad, Ciddə və Dəhran kimi böyük şəhərlərdə hələ də qalır.

Gununsesi.info