ABŞ xüsusi nümayəndəsini türk liderlərilə görüşə göndərdi

  • Müəllif: admin
  • 29 Oktyabr 2017 10:15


ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker Krım Tatar Məclisinin liderləri ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə informasiya ABŞ-ın Ukraynadakı Səfirliyinin Tvitterdəki hesabında yer alıb. Görüşdə həbsdən yeni azad edilmiş Krım tatar liderləri olan Əhməd Çiyqoz və İlmi Umerov da iştirak edib.

Qeyd edək ki, Rusiya bundan öncə Krımda həbsdə olan Çiyqoz və Umerovu azad edərək, Türkiyəyə təhvil verib. Ankaraya gəldikdən sonra hər iki lider Ukraynaya gediblər.

Gununsesi.info