ABŞ YPG-yə tank əleyhinə raketlər verib

  • Müəllif: admin
  • 08 Fevral 2017 11:39

 raket-1

Amerika Birləşmiş Ştatları (ABŞ) PKK-nın (Kürd Fəhlə Partiyası) Suriya qolu YPG-yi silahlandırmaqda davam edir.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ rəhbərliyi Kürd Xalq Müdafiə Birliklərinə (YPG) 200 ədəd “İAG Guardian” zirehli texnika verib. Belə ki, dünən YPG Terror Təşkilatı Suriyanın şimalında yerləşən Rakqa şəhərinin İŞİD-dən azad edilməsi istiqamətində aparılan hərbi əməliyyatlarla bağlı video görüntülər yayılıb. Həmin görüntülərdə YPG Terror Təşkilatı İŞİD-in hərbi texnikalara qarşı Amerika istehsalı olan ən müasir, lazer izləmə texnalogiyalı FGM-148 tipli “Javelin” adlı tank əleyhinə raketlərdən istifadə etdiyi məlum olub. Qeyd edək ki, Amerikan rəhbərliyi bir müddət əvvələ israrla bildirirdilər ki, YPG Terror Təşkilatina zirehli texnika və vertolyotlara qarşı ən təsirli silah olan GM-148 tipli “Javelin” adlı tank əleyhinə raketlər verməyib. Hazırda bir ədəd GM-148 tipli “Javelin” qiyməti 100 min ABŞ dollarıdır.

Anar

Gununsesi.info