
Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlarının fəaliyyəti müvəqqəti dayandırılır.
Bu barədə Azərbaycan Dəmir Yolları QSC-dən Gununsesi.org-a bildiriblər. Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları, iki gün müddətinə, 14 və 15 iyun tarixlərində (bazar günü və bazar ertəsi) hərəkətdə olmayacaq.
Cari cədvəl üzrə hərəkət 16 iyun tarixindən etibarən bərpa olunacaq.