Abşeron sakini tapdığı silah-sursatı könüllü olaraq təhvil verib

  • Müəllif: admin
  • 08 Aprel 2017 12:31

tapancha-gulle

Abşeron rayon sakini tapdığı tapançanı, 1 ədəd “F-1” markalı qumbaranı və 14 ədəd patronu könüllü olaraq təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Abşeron rayon sakini Xudayar Məmmədquliyev tapdığı nömrəsi silinmiş “Naqan” markalı tapançanı, 1 ədəd “F-1” markalı qumbaranı və 14 ədəd patronu könüllü olaraq Zəngilan Rayon Polis Şöbəsinə təhvil verib.

Anar
Gununsesi.info