Abşeron sakininin avtomobilindən silah-sursat tapıldı

  • Müəllif: admin
  • 08 Fevral 2017 11:49

 silah-6

Abşeron rayon sakininin idarə etdiyi avtomobilə baxış zamanı silah-sursat aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Qobu qəsəbə sakini Bəhruz Muxtarovun idarə etdiyi “Chevrolet-Niva” markalı avtomobilə baxış zamanı oradan “AK-74” markalı silah, 1 ədəd patron darağı və 5 ədəd patron götürülüb.

Anar

Gununsesi.info