Abşeronda 20 yaşlı oğlan qətlə yetirilib

Abşeronda qətl hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb.

2005-ci il təvəllüdlü Elmir Axundov naməlum şəxs tərəfindən bıçaqlanıb.

O, xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanıb.

Gununsesi.info