Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

  • By admin
  • 24 May 2017 11:16

piyade

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, mayın 23-də saat 22.00 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsində hələlik müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Famil Kərimov vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Gununsesi.info