Abşeronda ev yanıb

  • Müəllif: admin
  • 25 Noyabr 2017 22:00

Abşeron rayonunda yanğın qeydə alınıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonunda ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsində mətbəx, 1 otağın yanar konstruksiyaları 50 m2, 2-ci mərtəbisində 1 otağın döşəməsi 30 m2 sahədə və xarici divardan keçən elektrik naqilləri 5 p.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Gununsesi.info