Abşeronda göl daşdı, evləri su basdı

  • By admin
  • 25 Fevral 2017 20:31

13007266-578499172326219-6155518030148078469-N

 

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqdakı fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyiinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumatda bildirilir.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq ərazidə suçəkmə işləri aparıblar.

Əməliyyat saat 19:07-də başa çatıb.

 

Gununsesi.info