
Bir baş inək oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-nə keçən gecə Corat qəsəbəsində yaşayan Təranə Əliyevanın həyətindən 1 baş inək oğurlamaqda şübhəli bilinən həmyerlisi Novruz Fərəcov tutulub.
Anar
Gununsesi.info












