Abşeron rayonunda piyadanı maşın vuraraq qaçıb. 1985-ci il təvəllüdlü rayon sakini Quliyev Samir Məmmədqulu oğlu Saray qəsəbəsində yolu keçərkən onu naməlum avtomobil vurub. Daha sonra sürücü hadisə yerini tərk edib. Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. (report)