Abşeronda “Narkotik vasitələrdən istifadə etməyin risk amilləri” mövzusunda təlim keçirilib

Abşeron rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə  Komissiyası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə birgə Heyər Əliyev Mərkəzində “Narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkomanlığa qarşı mübarizə üsulları” mövzusunda maarifləndirici təlim keçirilib.

Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə  Komissiyasının sədri Gülnar Rəhimova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə üzrə İdarəsinin şöbə rəisinin müavini Anar Tahirov, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Ramin Allahverdiyev və rayon üzrə ümumitəhsil məktəblərinin direktorları, Ağsaqqallar Şurasının inzibati ərazi üzrə rəhbərləri, məktəb psixoloqları, tibb baçıları, Uşaq Birliyi rəhbərləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyi, səhiyyə, mədəniyyət və idman sektorunun rəhbərləri , o cümlədən gənclər, tələbələr və  ictimayyətin nümayəndələri  iştirak ediblər.

Çıxışçılar narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə iştirakçılara narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyindən, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparıblar.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.

Gununsesi.info