Abşeronda polis bölməsində qumbara tapıldı

  • By admin
  • 10 Fevral 2018 18:15


Abşeron rayonu Mehdiabad qəsəbəsində əl qumbarası aşkarlanıb.

ANAMA-dan Gununsesi.info-ya verilən məlumata görə, bu gün Mehdiabaddakı Polis Bölməsindən agentliyə 1 ədəd əl qumbarasının aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş polis bölməsindən 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Gununsesi.info