Abşeronda qəza: İki yük maşını toqquşdu - FOTO

  • By Günel
  • 13 Mart 2025 08:50

Abşeronda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info “Qafqazinfo” ya istinadən xəbər verir ki, rayonun Məmmədli kəndində iki yük maşını toqquşub.

Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Ərazidə FHN-in xilasediciləri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə yerindən görüntünü təqdim edirik: