Abşeronda quldurlar saxlanıldı

  • By admin
  • 10 Mart 2018 12:40

Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə martın 7-də quldurluq etdiklərinə görə tutulmuş şəxslərin digər cinayətlərinin üstü açılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Elnur Axundovun və Rafiq Ağayevin ətrafında aparılan tədbirlərlə onların martın 2-də Ceyranbatan qəsəbəsində yaşayan Vüsalə Həşimovaya qarşı quldurluğa cəhd göstərmələri, habelə ötən il dekabrından cari ilin yanvar ayınadək olan müddətdə iki evdən pul, qızıl və məişət əşyaları oğurlamaları müəyyən edilib.

Qeyd edək ki, saxlanılan şəxslər Ceyranbatanda başqa qadına qarşı da quldurluq əməli törədib.

Araşdırmalar aparılır.

Gununsesi.info